İvan Yaremçuk: UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur

13.05.2019 16:59

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə təşkil ediləcəyi heç kimdə şübhə doğurmamalıdır. Çünki Azərbaycan bu oyuna qədər bir sıra nüfuzlu yarışlara ev sahibliyi edib.

Bu fikri futbol üzrə SSRİ yığmasının sabiq üzvü İvan Yaremçuk AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycanın dünyada idman dövləti kimi tanındığını vurğulayan sabiq futbolçu bildirib ki, ötən illərdə müasir stadionlar, idman qurğuları tikilib, mötəbər beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib.

"İdman azarkeşləri Bakıda özlərini həmişə təhlükəsiz hiss ediblər. Çünki Azərbaycanda ictimai sabitlik hökm sürür. Yadımdadır, ilk Avropa Oyunları zamanı turistlər Azərbaycandakı xidmətlərdən razılıq edirdilər. İnanıram ki, UEFA Avropa Liqasının final oyunu zamanı Bakıya gələcək azarkeşlər də özlərini rahat, güvəndə hiss edəcəklər”, - deyə ukraynalı əfsanəvi futbolçu bildirib.

İ.Yaremçuk imkanı daxilində UEFA Avropa Liqasının final oyununun Bakıda canlı izləyəcəyini də vurğulayıb.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR