Pep Qvardiola: "Karyeramın ən çətin çempionluğu oldu"

13.05.2019 14:59

2018/19 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb.

XəzərXəbər xəbər verir ki, ispan mütəxəssis karyerasında ən çətin çempionluğu yaşadığını deyib: "Liverpul"u təbrik etməli və onlara təşəkkür etməliyik. Sona qədər mübarizə apardılar və səviyyəmizi yüksəltməyə səbəb oldular. Ötən mövsüm 100 xal baryerini aşdıq, bu mövsüm isə 98 xal topladıq. İnanılmaz göstəricidir. Çempionluğu qazanmaq üçün ardıcıl 14 oyunda qalib gəlmək məcburiyyətində qaldıq. Rəqibimizin səviyyəsinə görə karyeramın ən çətin çempionluğu oldu".

48 yaşlı mütəxəssis növbəti mövsüm barədə düşüncələrini bölüşüb: "Növbəti mövsümə yaxşı hazırlaşmalıyıq. Daha güclü şəkildə geri dönməliyik. "Liverpul" bu yarışda yenə qalacaq, digər rəqiblər daha yaxşı vəziyyətdə olacaq. "Mançester Yunayted", "Çelsi", "Tottenhem" və "Arsenal" daha güclü olacaq. Ancaq bu çətinliyi qəbul edirik. Gələcək mövsüm daha yaxşı olacağımıza söz verirəm".

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR