Naxçıvandakı finalın hakimləri açıqlandı

13.05.2019 14:55

Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib.

"Qəbələ” ilə "Sumqayıt” arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib.

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər. Oyunun ehtiyat hakimi Səbuhi Bayramov olacaq.

Hakimlərin işinə hakim-inspektor Vüsal Əliyev qiymət verəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Fanat.Az

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR