İvan Rakitiç "Barsa"dan gedir? - AÇIQLAMA

13.05.2019 11:26

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib.

Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.

O, instaqram hesabı vasitəsilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündüsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. "Barselona"nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".

Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında "İnter"ə keçəcəyi iddia edilir.

Fanat.Az

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR