Hemilton "Formula 1" üzrə İspaniya Qran Prisinin qalibi oldu

13.05.2019 10:36

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran Prisinin qalibi olub.

Yarışı ikinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen başa vurublar.

Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xal toplayaraq liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.

Formula 1 yarışlarının növbəti mərhələsi 24-26 may tarixlərində Monakoda keçiriləcək./publika.az

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR