"Barselona" Vidala yeni müqavilə təklif etdi

25.04.2019 17:31

Arturo Vidalla bağlı şayiələrə son qoyulmaq üzrədir.

"Barselona" rəhbərliyi təcrübəli futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Kataloniya klubu 31 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini 2022-ci ilin yayına qədər uzadacaq.

"Barselona"da ötən ildən oynayan futbolçu ilə İtaliyanın "İnter" klubu yaxından maraqlanır. Hazırkı klubu çilili futbolçunun İtaliyaya qayıda biləcəyindən ehtiyatlanaraq ona yeni təklif irəli sürüb.

Qeyd edək ki, Vidal "Barselona"ya Almaniyanın "Bavariya" klubundan keçib.

© xezerxeber.az


247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR