"Mançester Siti" 70 milyon avroluq transferə hazırlaşır

23.04.2019 17:58

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Rodriqo Hernandes üçün hərəkətə keçib.

XəzərXəbər "Daily Telegraph"a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiolanın tələbiylə "şəhərlilər" 22 yaşlı yarımmüdafiəçini yayda transfer etməyə çalışacaq. Mançester təmsilçisi İspaniya millisinin üzvünün 70 milyon avroluq sərbəst qalma qiymətini ödəməyə hazırdır.

Rodrinin "Atletiko"yla 2023-cü ilə qədər müqaviləsi mövcuddur. O, cari mövsüm 42 oyuna 2 qol vurub.

© xezerxeber.az


291 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR