"Mançester Yunayted" Lukakunun transfer qiymətini müəyyənləşdirdi

23.04.2019 17:50

İngiltərənin "Mançester Yunayted" klubu hücumçusu Romelu Lukakuyla bağlı yeni qərar qəbul edib.

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" belçikalı hücumçuya 90 milyon avro qiymət qoyub. Məlumatda 25 yaşlı futbolçunun Mançester təmsilçisindən getmək istədiyi və onun xidmətində İtaliyanın "Yuventus" klubunun maraqlı olduğu vurğulanıb.

Lukakunun "Mançester Yunayted"lə 2022-ci ilə qədər müqaviləsi var. Belçika millisinin üzvü bu mövsüm 43 oyuna 15 qol vurub, 4 assist edib.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR