Çempionlar Liqasında yarımfinalın təqvimi açıqlandı

18.04.2019 15:23

Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb.

Mərhələnin ilk oyunu aprelin 30-da "Tottenhem"lə "Ayaks" arasında Londonda baş tutacaq. Bir gün sonra isə "Barselona" və "Liverpul" Barselonada qarşılaşacaq.

"Liverpul" - "Barselona" oyunu mayın 7-də İngiltərədə keçiriləcək. "Ayaks" isə bir gün sonra Amsterdamda "Tottenhem"i qəbul edəcək.

Bütün oyunlar Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Fanat.Az

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR