Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mbappenin atasından transfer açıqlaması: PSJ-dən gedəcək?

16.04.2019 13:08

PSJ-nin uludzu Kilian Mbappenin atası Vilfrid Mbappe oğlu ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

"Le Parisien"ə danışan ata Mbappe bu şaiyələrin onları bezdirdiyini bildirib: "Əvvəllər bütün xəbərləri oxuyurdum, hər şeyi izləyirdim. Amma artıq oxumuram. Hər şey şokaladlı tort kimidi. Həddən artıq çox yesəniz, mədəniz narahat olar. Ortada çox sayda yalan məlumatlar var. Hər şey artıq çox cansıxıcı olub".

Oğlunun bu qədər məşhur olması səbəbindən həyatlarında bir çox şeyin dəyişdiyini bildirən Vilfrid Mbappe "Əvvəllər hər gün etdiyim şeyləri artıq edə bilmirəm. Çünki bu gün hər kəs oğlumun adını bilir" deyib.

O, pul və şöhrətə rəğmən dəyişmədiklərini qeyd edib: "Əvvəllər necə idimsə, indi də özümü elə hiss edirəm. Həyat yoldaşım da, uşaqlarım da elədi. Hardan gəldiyimizi bilirik. Biz eyni insanlarıq".

Fanat.Az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR