Super Liqada çempionluğa əsas namizəd açıqlandı

16.04.2019 12:57

Türkiyə Super Liqasının son turunda "Beşiktaş" lider "Başakşəhər"ə qalib gəldi (2:1), ikinci pillədəki "Qalatasaray" "Fənərbaxça" ilə "sülh"ə razılaşdı (1:1). Bununla da 1-2-ci pillələr arasındakı xal fərqi 5-ə endi.

Buna baxmayaraq "İddia" çempionluq əmsallarını dəyişməyib. Belə ki, "Başakşəhər"in çempionluq əmsalı ötən həftə olduğu kimi 1,10 saxlanılıb. "Qalatasaray"da bu göstərici 3,75-di.

Bu komandalardan başqa çüzi də olsa çempionluq şansı olan "Beşiktaş"ın əmsalı isə 45.00-di.

Qeyd edək ki, hazırda "Başakşəhər"in 61, "Qalatasaray"ın 56, "Beşiktaş"ın 53 xalı var. Mövsümün sonuna 6 tur qalıb.

Fanat.Az

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR