Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Avro 2020": İtaliya və İspaniya autsayderlərə qarşı

26.03.2019 16:39

Martın 26-da futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, turun üçüncü günündə ümumilikdə 8 qarşılaşma keçiriləcək.

"J" qrupunda yer alan dördqat dünya çempionu İtaliya millisi doğma azarkeşlər önündə autsayder Lixtenşteyn seçməsini sınağa çəkəcək. Həmin qrupda Bosniya və Herseqovina yığması Yunanıstanı, Ermənistan isə Finlandiyanı qəbul edəcək.

"F" qrupunda isə İspaniya millisi səfərdə Maltanın qonağı olacaq. Rumıniya Farer Adalarını, Norveç isə İsveçi qəbul edəcək.

"D" qrupunda İrlandiya evdə Gürcüstanı sınağa çəkəcək. Günün maraqla gözlənilən matçı isə İsveçrə ilə Danimarka arasında oynanılacaq.

© xezerxeber.az


186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR