Konor Makqreqor idmandan getdi

26.03.2019 11:32

İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu Konor Makqreqor karyerasına son qoyub.

Ulduz döyüşçü bu barədə sosial şəbəkədə yazıb. İrlandiyalı döyüşçü bu gündən idmandan uzaqlaşacağını açıqlayıb.

Bütün rəqiblərinə uğurlar arzu edən edən Konor idman fəaliyyətinə bir dəfəlik son qoyub.
Konor Makqreqor dünyanın ən güclü döyüşçülərindən biridir. Konor Makqreqor 14 iyul 1988-ci ildə anadan olub.

UFC-nin yüngül və yarım-yüngül çəki kateqoriyalarının çempionu, döyüş idman növlərinin kralı hesab olunan irlandiyalı Dublin şəhərinin ətrafında, işçi ailəsində böyüyüb və çirklənmiş məşq zallarından, santexnik köməkçisi kimi işləməkdən, dünya şöhrətli idmançı olana qədər uzun bir yol qət edib. (BAKU.WS)

© xezerxeber.az

FOTOQALERIYA






424 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR