Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub

25.03.2019 19:14

Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışa vəsiqə qazanan bütün ölkə komandalarının adları müəyyənləşib.

Turnirdə meydan sahibi Misirlə yanaşı, daha 23 yığma – Seneqal, Madaqaskar, Mərakeş, Kamerun, Mali, Burundi, Əlcəzair, Benin, Nigeriya, Cənubi Afrika Respublikası, Qana, Keniya, Zimbabve, Konqo Demokratik Respublikası, Qvineya, Kot dİvuar, Anqola, Mavritaniya, Tunis, Qvineya-Bisau, Namibiya, Uqanda və Tanzaniya yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 iyun – 19 iyulda Misirdə keçiriləcək. Turnirin görüşləri Misirin beş əyalətində - Qahirə, İsgəndəriyyə, İsmailiyyə, Port-Səid və Süveyşdə reallaşacaq. Yarışın ən titullu komandası hesabında yeddi çempionluq olan meydan sahibləridir.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR