Ulduz futbolçu "Mançester Yunayted"in təklifinə “yox” dedi

24.03.2019 15:09

"Mançester Yunayted"in ispaniyalı futbolçusu Xuan Mata klubunun yeni müqavilə imzalamaq təklifini rədd edib.

30 yaşlı yarımmüdafiəçi bu yay müddəti bitəcək müqaviləni uzatmaqdan imtina edib.

Karyerasını zəmanət altına almaq istəyən futbolçu klub ilə daha uzunmüddətli müqavilə imzalamaq istəyib. Lakin futbolçunun bu istəyi klub rəhbərliyinin ürəyincə olmayıb.

Qeyd edək ki, X.Mata bu mövsüm Premyer Liqada 18 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib. (Publika.az)

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR