Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu gün “Avro-2020” seçmə mərhələsinin ikinci turuna start veriləcək

24.03.2019 13:19

Martın 24-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin ikinci turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, ikinci turun ilk günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. Azərbaycan millisi yer aldığı "E” qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcək. Azərbaycan yığması reqlamentə əsasən bu oyunu buraxacaq. İlk turda Slovakiya Macarıstana 2:0, Xorvatiya isə Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

Günün mərkəzi oyunu "C” qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda "narıncılar” Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

"G” qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Günün bütün oyunları aşağıdakılardı:

"C” Qrupu

23:45. Şimali İrlandiya – Belarus

23:45. Hollandiya - Almaniya

"E” Qrupu

18:00. Uels – Slovakiya

21:00. Macarıstan - Xorvatiya

"G” Qrupu

21:00. İsrail – Avstriya

23:45. Sloveniya – Makedoniya

23:45. Polşa - Latviya

"İ” Qrupu

18:00. Qazaxıstan – Rusiya

21:00. San-Marino – Şotlandiya

23:45. Kipr - Belçika

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR