"Real"ın futbolçusu: "Barselona"dan təklif almışam"

21.03.2019 17:46

"Real"ın ötən yay Braziliyanın "Flamenqo" klubundan 45 milyon avroya aldığı Viniçius Junior "Barselona" ilə bağlı etiraf edib.

İspaniyanın "Cadena SER" radiosuna açıqlama verən 18 yaşlı hücumçu Madrid klubuna gəlməzən öncə kataloniyalılardan təklif aldığını bildirib:

"Atam mənə "Barselona" və "Real"ın təklifləri barədə heç nə deməmişdi. Sonra bir gün iki klubu da ziyarət etdik və ikisinə də heyran qaldıq. "Barselona"dan daha yüksək təklif gəlmişdi. Amma biz pula yox, layihəyə önəm verdik. Markelo və Kazemiro ilə görüşlərim qərarıma təsir etdi".

Fanat.Az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR