Çempionlar Liqasının ilklərlə dolu ikinci dövrəsi başlayır

12.02.2019 15:00

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019 mövsümünün ikinci yarısına start veriləcək.

1/8 final mərhələsinin ilk oyunları iki həftə ərzində baş tutacaq.

İlk oyun günündə iki matç olacaq. Cütlərin favorit oyunu "Mançester Yunayted" – PSJ matçıdır. İngilislər fransızları qonaq edəcək. "MY” bu oyuna Joze Mourinyonun əvəzləyən Ule Qunnar Sulşerin rəhbərliyi altında çıxacaq ki, bu da yeni baş məşqçinin ingilislərlə ilk Çempionlar Liqası oyunu olacaq. Komandalar arasındakı Parisdə keçiriləcək cavab matçı martın 6-da olacaq.

Günün digər görüşü isə İtaliyada keçiriləcək. "Roma" Portuqaliyanın "Portu" komandasını qarşılayacaq. Cavab oyunu isə martın 6-da təşkil olunacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyunlar çərçivəsindəki iki oyunu sabah keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19 və 20-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

00:00. "Roma” (İtaliya) – "Porto” (Portuqaliya)

00:00. "Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)

Qeyd edək ki, bu hissədə yeni qayda tətbiq ediləcək. Belə ki, artıq oyunlarda videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR