Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var"

12.02.2019 12:35

Əsas məqsədimiz hər yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir.

Xezerxeber.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, əsas hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Qarşıya "Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub.

"Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var. Onun futbolçu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyədək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşıdakı hədəflər müzakirə olunacaq”, - deyə xorvatiyalı baş məşqçi əlavə edib.

© xezerxeber.az


282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR