FHN məlumat yaydı - Vəlvələçaya düşən ekskavatorçunun meyiti axtarılır

11.02.2019 17:18

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

XəzərXəbər FHN-ə stinadən xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə "Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR