Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İtaliya A Seriyasının 23-cü turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

11.02.2019 08:49

Fevralın 10-da İtaliya A Seriyasının 23-cü turunun növbəti oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, turun maraq doğuran qarşılaşması "San Siro" stadionunda baş tutub. Qış fasiləsindən sonra stabil oyunu ilə diqqət çəkən "Milan" çempionatın autsayderi "Kalyari" komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Oyunda Luka Keppitelli (13 - öz qapısına), Lukas Paketa (22) və Kşiştof Piatek (62) fərqləniblər. Bu qələbədən sonra "Milan" xalların sayını 39-a çatdıraraq dördüncü yerdəki mövqeyini qoruyub, "Kalyari" isə 21 xalla 15-ci yerdə qərarlaşıb. Növbəti turda "Milan" səfərdə "Atalanta" ilə, "Kalyari" isə doğma meydanda "Parma" ilə qarşılaşacaq.

Turnir cədvəlinin hazirki lideri "Yuventus" da səfərdə eyni hesabla "Sassuolo"dan üstün olub.

Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

"Kiyevo" - "Roma" - 0:3;

"Fiorentino"-"Napoli" - 0:0;

"Parma"-"İnter" - 0:1;

"Bolonya"-"Genoa" - 1:1;

"Atalanta"- SPAL - 2:1;

"Torino"-"Udineze" - 1:0;

"Sampdoriya"-"Frosinone" - 0:1.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR