AFFA-dan Nikola Yurçeviç açıqlaması

09.02.2019 15:49

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıdadır.

XəzərXəbər AFFA-nın saytına istinadən xəbər verir ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

Qeyd edək ki, Yurçeviç məşqçilik karyerasına 2002-ci ildə Xorvatiyanın "Zaqreb” klubunda başlayıb. Xorvatiyalı mütəxəssis 2006-2017-ci illərdə Xorvatiya millisində, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq, Zaqreb "Dinamo”sunu çalışdırıb. Klub rəhbərliyi uğursuz çıxışlara görə onu postundan qovmuşdu.

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR