Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı boksçu Fyodor Yemelyanenkonun amerikalı boksçu Rayan Beyderdən ağır olduğu müəyyənləşib.
Xezerxeber.az xəbər verir ki, "Bellator” Qran-Prisinin final qarşılaşmasından əvvəl çəki mərasimində F.Yemelyanenkonun çəkisi 107,2, R.Beyderin isə 103,4 kiloqram olub.
Qeyd edək ki, F.Yemelyanenko amerikalı idmançı ilə döyüşə görə 300 min dollar qazanacaq. Beyderin qazancı isə 150 min dollar olacaq.
Fyodor Yemelyanenko karyerası ərzində 38 döyüşdə qələbə qazanıb, beş görüşdə məğlub olub. R.Beyder isə qarşılaşmalarda 26 dəfə qalib gəlib, 5 dəfə məğlubiyyətə uğrayıb.
Boksçular arasında final qarşılaşması Los-Ancelesdə keçiriləcək.