II Avropa Oyunları dövründə idmançılar dərmanları pulsuz ala biləcəklər

12.01.2019 16:52

Minskdə keçiriləcək II Avropa Oyunları dövründə Olimpiya Kəndində yaşayan idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, Belarus Respublikası səhiyyə nazirinin birinci müavini Dmitri Pineviç bu məlumatı "2019-cu il II Avropa Oyunlarının tibbi və antidopinq təminatı məsələləri” mövzusunda respublika maarifləndirici seminarında açıqlayıb.

D.Pineviç deyib: "İdman obyektlərində və atletlərin yaşadığı yerlərdə ilk dəfə olaraq ayrı-ayrı poliklinikalar işləyəcək. Məsələn, Olimpiya Kəndində idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər”.

"2019-cu il II Avropa Oyunlarının müdiriyyəti” fondunun direktoru Georgi Katulin qeyd edib ki, II Avropa oyunlarına hazırlıq dövründə əsas funksional istiqamətlərdən biri tibbi və antidopinq təminatıdır. O deyib: "Dünya Antidopinq Agentliyinin müstəqil ekspertləri Olimpiya Kəndində yaşamaq imkanı almaq üçün müraciət ediblər. Bütün bunlar hadisələrin mərkəzində olmaq və antidopinq nəzarətini həyata keçirmək üçün edilir”.

Orta hesabla hər 4 idmançıdan biri onun orqanizmində dopinq olub-olmamasını müyyən etmək üçün yoxlamadan keçəcəkdir. Sınaq nümunələrin sayı mindən çox olacaq. İdmanın bəzi növlərində atletlər bu proseduru bir neçə dəfə keçməli olacaqlar.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet iştirak edəcək. 15 idman növündə 199 mükafat dəsti uğrunda mübarizə gedəcək. 9 idman növündə yarışlar Tokioda keçiriləcək Olimpiya Oyunları üçün təsnifat mərhələsi hesab ediləcək.

Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 26-dək Bakıda keçirilib.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR