Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünya ulduzu karyerasına SON QOYUR

11.01.2019 12:43

Tennis üzrə dünya sıralamasının sabiq 1 nömrəsi Endi Mörri karyerasına son qoyur.

Professional idmançı son dəfə gələn həftə start götürəcək "Avstraliya Açıq” turnirində iştirak edəcək.

Turnir öncəsi Melburn şəhərində təşkil edilən mətbuat konfransında göz yaşlarına hakim ola bilməyən irlandiyalı tennisçi təxminən, 20 aydır ki, ağrılar işində olduğunu söyləyib. Ötən il qasığından zədə aldığını xatırladan 31 yaşlı Mörri karyerasına "Uimbledon” tennis turnirində son vermək istədiyini, lakin artıq ona qədər dözə bilməyəcəyini deyib.

Qeyd edək ki, Mörri 1 il öncə karyerasını xilas etmək üçün qasığından əməliyyat olunub, lakin bu, onun ağrılarını azaltmayıb./publika.az

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR