2018-ci ildə ən yaxşı ağrıdıcı fəndi Maqomedşaripov tətbiq edib

10.01.2019 17:02

Qarışıq stildə döyüşlər üzrə çempionatın (UFC) rusiyalı iştirakçısı Zabit Maqomedşaripovun amerikalı Brendon Devisə qarşı tətbiq etdiyi ağrıdıcı fənd 2018-ci ilin yekunlarına görə ən yaxşı fənd hesab edilib.

Xezerxeber.az xəbər verir ki, 2018-ci ilin sentyabr ayında Dallasda (ABŞ) UFC 228 turniri çərçivəsində keçirilmiş görüşün ikinci raundunda Maqomedşaripov Devisin dizinə ağrıdıcı fənd tətbiq edərək qalib gəlib.

Məlumatda daha sonra bildirilir ki, ötən il Daniel Kormye ən yaxşı döyüşçü hesab edilib. "Ən yaxşı nokaut” nominasiyasında Yair Rodriges, "İlin kəşfi” nominasiyasında İsrael Adesanya qalib kimi mükafat alıblar. UFC 229 turniri çərçivəsində Entoni Pettis ilə Toni Fergüson arasında döyüş "İlin ən yaxşı döyüşü” hesab edilib.

MMA döyüşlərində 27 yaşlı Maqomedşaripovun aktivində 16 qələbə və 1 məğlubiyyət var. UFC çempionatında 4 görüş keçirmiş bu idmançı həmin görüşlərin hamısında qalib gəlib. Gözlənildiyinə görə, Maqomedşaripov növbəti döyüşü martın 2-də Las-Veqasda UFC 235 turnirində amerikalı Ceremi Stivenslə keçirəcək.

© xezerxeber.az


335 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR