Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İkardi 7 milyona razılaşmadı

10.01.2019 15:47

"İnter"in kapitanı Mauro İkardi növbəti dəfə yeni müqavilə təklifini geri çevirib.

Bu barədə məlumatı futbolçunun menecerliyini edən həyat yoldaşı Vanda Nara verib.

O, buna səbəb kimi maliyyə problemini göstərib. Belə ki, Argentina millisinin üzvü ildə 8 milyon avro maaş istəyib.

Ancaq milanlılar 7 milyondan yuxarı məvacib vermək fikrində deyil. Bu səbəbdən İkardi ən geci yayda klubunu dəyişməyi düşünür. Onun xidmətində "Real" və "Çelsi" başda olmaqla, bir neçə Avropa nəhəngi maraqlıdı.

Qeyd edək ki, Mauro İkardinin "İnter"lə olan müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.

Fanat.Az

© xezerxeber.az


335 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR