Ramosa forvardlar həsəd aparır

10.01.2019 15:44

İspaniya millisinin və "Real”ın müdafiəçisi Serxio Ramos karyerasının 100-cü qolunu vurub.

O, yubiley topuna İspaniya kubokunun 1/8 final mərhələsinin "Leqanes”lə ilk oyununda imza atıb.

3:0 hesablı darmadağına 44-cü dəqiqədəki qoluya töhfə verən 32 yaşlı arxa xətt oyunçusu penaltidən fərqlənib. Bu, Ramosun peşəkar futbolçu kareyerası ərzində vurduğu 100-cü top kimi tarixə düşüb.

Müdafiəçi 80 dəfə "Real”ın, 3 dəfə "Sevilya”nın, 17 dəfə millinin formasıyla qol sevinci yaşayıb.

Fanat.Az

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR