Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır - Prezident hərəkətə keçdi

10.01.2019 12:56

İspaniyanın "Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışığa başlayıb.

"The Sun” xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Peres ötən ay İngiltərə "Mançester Yunayted”inin baş məşqçisi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir.

Lakin 54 yaşlı məşqçi sabiq klubundan qovulmağının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik "Real Madrid”də işə başlaya bilmir.

Qeyd edək ki, Mourinyo uğursuz nəticələr səbəbi ilə "Mançester Yunayted”dən kənarlaşdırılıb. O, 2010 – 2013-cü illərdə "Real Madrid”in baş məşqçisi olub.(report.az)

© xezerxeber.az

FOTOQALERIYA






238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR