"Barselona" 40 milyon avroluq transferi icarəyə verir

10.01.2019 11:25

"Barselona"nın yay transferi Malkon Kataloniya klubundan ayrıla bilər.

"Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu braziliyalı vinqeri icarəyə verməyə razıdır. Onun xidmətində "Everton" və İtaliya klublarımaraqlanır. Danışıqlarda razılıq əldə edilsə, Malkon icarəyə göndəriləcək.

Bir müddət öncə gənc futbolçunun transferi üçün Çinin "Quançjou Everqrand" klubunun "Barselona"ya 50 milyon avroluq təklif ünvanladığı iddia edilirdi.

Qeyd edək ki, 21 yaşlı futbolçu ötən yay "Bordo"dan 40 milyon avro qarşılığında "Barselona"ya üz tutmuşdu. O, La Liqada cəmi 97 dəqiqə oynayıb.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR