Hakan Çalhanoğludan ayrılıq açıqlaması

09.01.2019 15:57

Adı "Beşiktaş" və "Leyptsiq"lə hallanan Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu transfer dedi-qodularına münasibət bildirib.

"TRT Spor"a açıqlama verən 24 yaşlı yarımmüdafiəçi klubdan ayrılmayacağını deyib:

"Milan"dayam və bu klubun üzvüyəm. Burada özümü xoşbəxt hiss edirəm. Hazırda transfer məsələləri gündəmdə yoxdur. Həftəsonu keçirəcəyimiz oyuna hazırlaşıram".

Qeyd edək ki, Çalhanoğlu cari mövsüm "Milan"da 22 oyuna 1 qol vurub, 9 assist edib.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR