Qvardiola: "Kompaninin komandada qalmasını istəyirəm"

09.01.2019 15:30

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda müqaviləsi başa çatacaq Vensan Kompani barədə danışıb.

İspan mütəxəssis belçikalı müdafiəçinin "şəhərlilər"də qalmasını istəyir:

"Kompaninin komandada qalmasını istəyirəm. O, bizim kapitanımızdır, 11 ildir ki, bu klubun şərəfini qoruyur. Son iki matçda gördük ki, oynamaqda heç bir maneə yoxdur. Onun yeganə problemi tez-tez zədələnməsidir".

Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildə "Hamburq"dan "Mançester Siti"yə transfer olmuşdu.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR