Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Çelsi" Benzemanı transfer etmək niyyətindədir

09.01.2019 14:48

İngiltərənin "Çelsi” klubu hücumçu axtarışını davam etdirir.

London klubu bu məsələni qış transferi dövründə həyata keçirməyi nəzərdə tutur. Əsas namizədlərdən biri "Real Madrid”in fransalı forvardı Kərim Benzemadır.

Benzemanın "zadəganlar”ın maraq dairəsində olmasına dair xəbərlərə idman mətbuatında əvvəllər də rast gəlinirdi. Fransalı hücumçunun "Paris Sen-Jermen”in diqqət mərkəzində olduğu da məlumdur.

Hücumçu 2009-cu ildən "Real”ın formasını geyinir. O, klubla birlikdə 17 dəfə mükafata sahib olub. Cari mövsümdə İspaniya çempionatında 18 oyunda meydana çıxan 31 yaşlı futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə verib./Azərtac

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR