"Nyukasl" türklərə satılacaqmı?

06.12.2018 18:14

Premyer Liqa təmsilçisi "Nyukasl"da rəhbər dəyişikliyi baş verə bilər.

"Sağsağanlar"ın səhmlərinin yaxın vaxtlarda satılması gözlənilir.

Klubun artıq 3 müştərisi var ki, bunlardan biri də Türkiyə şirkətidi. Adı açıqlanmasa da, həmin şirkətin "Nyukasl"ı almaq üçün hərəkətə keçdiyi bildirilib.

 Tərəflər arasında hətta ilkin danışıq da olub. "Nyukasl"la maraqlanan digər şəxslər adı açıqlanmayan ABŞ-lı milyarder və "Atlanta Yunayted"in sahibi Artur Blankdı.

Qeyd edək ki, "Nyukasl" 14 turdan sonra Premyer Liqada 14-cü pillədə qərarlaşıb.

Fanat.Az

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR