Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Qalatasaray" və "Fənərbaxça"ya ağır cəzalar: Terim 7 oyun...

09.11.2018 15:45

Türkiyə Futbol Federasiyanın (TFF) Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın XI turunda baş tutan "Qalatasaray" - "Fənərbaxça" oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Komitə meydan sahiblərinə ağır cəzalar verib. Belə ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim 7 oyunluq cəzalanıb, 65 min lirə cərimə olunub. Baş məşqçinin köməkçisi Hasan Şaşın cəzası 8 oyun olub. Ona 20 min 800 lirə cərimə kəsilib.

TFF "Qalatasaray"dan 4 futbolçunu da cəzalandırıb. Belə ki, Badu Ndiaye 5 oyun (13 min lirə cərimə), Rayan Donk 6 oyuun (7 min 800 lirə cərimə), Harri Rodrigez 3 oyun (7 min 800 lirə cərimə) cəza alıb. Mariano isə 5 min lirə cərimələnib.

İntizam Komitəsinə verilmiş "Qalatasaray"ın prezidenti Mustafa Çingiz cəzalanmayıb. Klubun vitse-prezidenti Abdurrahim Albayraka isə xəbərdarlıq edilib.

"Fənərbaxça"dan isə iki futbolçu cəzalanıb. Belə ki, Roberto Soldado 6 oyun (15 min 600 lirə cərimə), Jailson isə 8 oyun (20 min 800 lirə cərimə) cəza alıb.

Bundan başqa "Qalatasaray" azarkeşlərinin səbəb olduğu olaylara görə 60 min lirə, pilləkən boşluqlarınının boş saxlanılmaması səbəbindən 25 min lirə, "Fənərbaxça" isə komanda şəkilində idmançıya yaraşmayan hərəkətlərə görə 12 min lirə cərimə edilib.

Fanat.Az

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR