Ronaldo uduzduqları "Mançester Yunayted" haqqında: "Rəqib heç nə etmədi və biz..."

08.11.2018 15:14

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Mançester Yunayted"lə qarşılaşan "Yuventus”un futbolçusu Kriştiano Ronaldo matçdan sonra jurnalistlərə açıqlama verib.

1:2 hesabı ilə uduzduqları rəqibi haqqında danışan əfsanəvi futbolçu matçı onlara hədiyyə etdiklərini deyib.

"Çempionlar Liqası xüsusi turnirdir. Burada hesabda öndə olsan belə, arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun ərzində üstün tərəf biz idik və çoxlu qol imkanı yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq. Rəqib qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil. Çünki oyunu rəqibə hədiyyə etdik. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik".

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR