Formula 1-in rəhbərliyi Silverstoun mərhələsindən imtina edə bilər

08.11.2018 14:01

Formula 1-in kommersiya direktoru Şon Bratçes vurğulayıb ki, seriyanın rəhbərliyi Silverstoun mərhələsinin keçirilməsindən imtina edə bilər.

Xezerxeber.az xəbər verir ki, Bratçesin sözlərinə görə, Qran-Pri yarışlarının keçirildiyi yerlərin siyahısı dəyişkəndir.

Ş.Bratçes deyib: "Formula 1-in artıq 68 yaşı olsa da, seriya dinamikdir. Bəli, seriya tarixində birinci qran-pri məhz Silverstounda keçirilib, amma bu 68 il ərzində biz daim orada olmuşuq. Yürüşlər Brends-Hetçdə və başqa traslarda keçirilib. Yürüşlərin keçirildiyi yerlərin siyahısı dəyişkəndir, hərçənd biz bəzi mərhələləri qiymətləndiririk və qoruyub saxlamağa çalışırıq.

Amma bizneslə məşğul olduğumuzu unutmamalıyıq. Biz publik şirkətik, səhmdarlarımız var. Biz azarkeşləri sevindirməklə bərabər, biznesimizi də unutmamalıyıq”.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR