Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Dubayın mərkəzində yeni stadion istifadəyə veriləcək

08.11.2018 12:20

2019-cu ildə Dubayda 17 min tamaşaçı yeri olan "Dubai Arena” örtülü stadionu istifadəyə veriləcək.

Yeni stadion "Meraas” inşaat şirkəti tərəfindən şəhərin "Sity Walk” rayonunda tikilir. Bu obyektdən dünyanın ən hündür göydələni – "Burj Khalifa”ya da mənzərə açılır. Stadionun konsertlər və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yeni mərkəz olacağı nəzərdə tutulur. Kondisionerlərlə təchiz olunacaq bu əyləncə-idman obyektində boks, tennis, voleybol, hətta buz üzərində xokkey yarışları da keçiriləcək. Meydançanın operatoru qismində "AEG Ogden” beynəlxalq şirkəti çıxış edəcək. (AZƏRTAC)

© xezerxeber.az


85 dəfə oxunub

ÇOX OXUNANLAR