Bu gün “Qarabağ” komandası “Vorskla” ilə qarşılaşacaq

08.11.2018 08:53

Noyabrın 8-də Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın "Vorskla” komandası ilə qarşılaşacaq.

Xezerxeber.az xəbər verir ki, Aleksey Butovski adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüş "CBC Sport” kanalında birbaşa yayımlanacaq.

Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Qrupun digər görüşündə "Arsenal” doğma meydanda Portuqaliyanın "Sportinq” klubunu qəbul edəcək.

Üç turdan sonra E qrupuna 9 xalla "Arsenal” liderlik edir. "Sportinq”in 6, "Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR