Mbappe PSJ-dən 55 milyon maaş və şəxsi təyyarə istədi

07.11.2018 16:52

Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib.

20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib.

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o,"Qızıl top" mükafatınıqazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub. O, Fransa yığması ilə birgəRusiyada keçirilmiş dünya çempionatınında qalibi olub.MbappeninPSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR