Fatih Terimə ŞOK CƏZA

07.11.2018 16:39

"Qalatasaray”ın baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacağı dəqiqləşib.

Türkiyə Superliqasının son turunda "Fənərbaxça” ilə oyundan (2:2) sonra baş hakim Fırat Aydınusu təhqir edən çalışdırıcı Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb olunub.

İntizam təlimatına görə, Terimi 3-7 oyunluq cəza gözləyir. Bu isə o deməkdir ki, 65 yaşlı mütəxəssis Superliqanın 14-cü turunda "Beşiktaş”la keçiriləcək derbi matçında komandanın yanında olmayacaq.

Qeyd edək ki, F. Terimin "Fənərbaxça” ilə oyundan sonra görüşün baş hakimi Fırat Aydınusun üzünə tüpürdüyü iddia olunur.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR