İkardinin arvadından MARAQLI AÇIQLAMA: "Ərim Ronaldo qədər..."

07.11.2018 15:36

Milanın "İnter” klubunun futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Uanda Nara maraqlı açıqlama verib.

O, həyat yoldaşını "Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib.

"İtaliya təmsilçisinin üç matçını qaçırmasına rəğmən, Mauro Ronaldo qədər yaxşı oynayıb. Onun qədər qol vurub. Mən görmək istərdim ki, "Yuventus” beş qol vurarkən Ronaldo öz skamyasında rahatca otursun və o, bilir ki, "Genoa”da İkardiyə qarşı baş verənlər kimi üçündən biri onun bəxtinə yazıla bilərdi”-, Nara deyib.

Qeyd edək ki, 25 yaşlı İkardi bu mövsüm İtaliya çempionatında 8 matçda altı qol vurub. "Real”dan "Yuventus”a 117 milyon avro qarşılığında keçən 33 yaşlı Ronaldo isə 11 matçda 7 qol vurub./publika

© xezerxeber.az


558 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR