Həbibə yüksək vəzifə təklif edildi, lakin...

07.11.2018 14:43

"Rusiya idmançılarının siyasətə başlaması artıq heç kəsi təəccübləndirməməlidir”

Ötən gün Rusiya Federasiyasın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə respublikanın ali mükafatı sayılan "Dağıstan Respublikasına xidmətlərinə görə” mükafatına layiq görülən UFC çempionu Həbib Nurməhəmmədov vəzifə təklifi alıb.

Rusiya KİV-i xəbər verir ki, respublika başçısı idmançıya onun köməkçisi olmağı təklif etdi.

Qeyd edilir ki, təklif Nurməhəmmədovla Vasilyevin növbəti görüşündə müzakirə ediləcək. Ehtimal böyükdür ki, Həbib Dağıstan Respublikasının başçısının köməkçisi olmağa razılaşacaq.

"Rusiya idmançılarının siyasətə başlaması bu gün ölkədə artıq heç kəsi təəccübləndirməməlidir”, - Rusiya KİV-i yazıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub. (publika.az)

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR