Həbib Nurməhəmmədov ali mükafata layiq görüldü

07.11.2018 09:40

Dağıstanın rəhbəri Vladimir Vasilyevin göstərişi ilə Həbib və Abdulmanap Nurməhəmmədovlar yüksək idman nailiyyətlərinə görə mükafatlara layiq görülüblər.

Həbib Nurməhəmmədov respublikanın ən ali - "Dağıstan Respublikasına xidmətlərinə görə" mükafatına layiq görülüb.

Onun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov isə "Dağıstan Respublikasında fiziki tərbiyə və idman sahəsində xidmətlərinə görə" medalı ilə təltif edilib.

© xezerxeber.az


99 dəfə oxunub

ÇOX OXUNANLAR