"Qalatasaray"a ağır cəza yolda

06.11.2018 19:30

Türkiyə Futbol Federasiyası noyabrın 2-də oynanan qalmaqallı "Qalatasaray”-"Fənərbaxça” derbisi ilə bağlı İntizam Komitəsinin kimlərə cəza verəcəyi bəlli olub.

Hər iki komandanın ali səviyyəli səlahiyyətli şəxsləri, həmçinin qalmaqalda iştirak edən futbolçular federasiyaya çağırılıb.

"Qalatasaray”da klubun prezidenti Mustafa Çingiz, Əbdürrəhim Albayraq, baş məşqçi Fatih Terim, məşqçi Həsən Şaş, futbolçular: Ndiaye, Donk, Rodriqes, Mariano, klubun işçiləri Uğur Ulduz, Fəxri Yılmaz, Əray Sözən və Hande Sümerdaş, "Fənərbaxça”dan isə futbolçular Soldado, Yailson, klubun işçiləri: Bülənd Ataş və Əli Bozan quruma çağırılıb.

Həmçinin, derbi zamanı azarkeşlərin kobud və tərbiyəsiz şüarları, meydançaya kənar şəxslərin müdaxiləsi, tribunada pilləkan boşluqlarının doldurulması, idmançı xislətinə yaraşmayan açıqlamalar səbəbilə klublara böyük cəzalar veriləcəyi gözlənilir.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR