"Real" "Vilyarreal"dan bu futbolçunu istəyəcək

06.11.2018 17:34

Madrid "Real”ı "Vilyarreal”ın sol cinah müdafiəçisi Alfonso Pedrasanı heyətinə qatmaqda maraqlıdı.

"Football Espana” xəbər verir ki, "ağlar”ın rəsmiləri 22 yaşlı oyunçunu 6 aydı ki, diqqətdə saxlayır. Vəziyyətdən asılı olaraq madridlilər sözügedən futbolçu üçün klubuna qışda və ya yayda təklif göndərə bilər.

"Kral klubu”nda Alfonsonun əsas heyətdə Marselo və Teo Ernandes üçün ciddi rəqabət yarada biləcəyinə əmindilər.

Pedrasa bu mövsüm "Vilyarreal”ın formasıyla çıxdığı 10 matçda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR