Super Liqa klubu baş məşqçisini qovdu

06.11.2018 17:24

Türkiyənin "Sivasspor" klubu baş məşqçisi Tamer Tunanı istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, Tamer Tuna bu ilin may ayında "Sivasspor"a baş məşqçi təyin olunmuşdu. Komanda Türkiyə Super Liqasında 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.

Fanat.Az

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR