Nurməhəmmədov-Makqreqor döyüşündə yeni rekord müəyyənləşib

12.10.2018 15:07

"UFC 229” turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən qarşılaşma ödənişli yayımların satışı üzrə bu yarışın tarixində rekord olub. Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, turnirin yayım hüququ UFC tarixində rekord məbləğə - 2,4 milyon dollara satılıb. Bundan əvvəlki ən yüksək məbləğ 2016-cı il avqustun 20-də keçirilən "UFC 202” turnirində qeydə alınıb - 1,5 milyon dollar. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub. 
Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasında döyüşdə dağıstanlı idmançı 4-cü raundda qalib gələrək yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub. Bu qələbə sayəsində Həbib Nurməhəmmədov UFC-nin yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

© xezerxeber.az

FOTOQALERIYA






216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR