“Arsenal” Remzinin getməsinə icazə versə, böyük səhvə yol verəcək”

12.10.2018 12:08

"Bəzi futbolçular "Arsenal”da qalaraq, istedadlarını itirirlər”.

Uels millisinin keçmiş üzvü Kreyq Bellami "Arsenal”dan ayrılacağı iddia edilən Aaron Remzi ilə bağlı fikirlərini bildirib.

Hazırda İngiltərənin "Sky Sports” kanalında şərhçilik edən Bellami, Remzinin "Arsenal”ı tərk etməli olduğunu deyib:

"Düşünürəm ki, "Arsenal” Remzini çoxdan itirib. Yanvar ayını gözləyək və hara gedəcəyini görək. 4-5 il əvvəl Remzi hansı komandada istəsə, oynaya bilərdi. Bəzi futbolçular lazım olduğundan daha çox qalır "Arsenal”da. Və burda qala-qala istedadlarını itirirlər. Unay Emeri Remzi üçün uyğun məşqçidir. Lakin onun gedəcəyini düşünürəm. "Arsenal” Remzinin getməsinə icazə versə, böyük səhvə yol verəcək”.

Bir müddət əvvəl Remzi "Arsenal”ın yeni müqavilə təklifindən imtina etmişdi.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR