Rusiya millisinin iki futbolçusu həbs olunub

12.10.2018 08:50

Rusiya millisinin futbolçuları Pavel Mamayev və Aleksandr Kokorin iki aylıq həbs olunub.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi məlumat verib. Hər iki futbolçu xuliqanlıqda ittiham olunaraq həbs olunub.

Futbolçular Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”nın aparıcısı Olqa Uşakovanın sürücüsü Viktor Solovyovu döyməkdə ittiham olunublar.

Həmin gün hər iki futbolçu sərxoş olub. Hadisədən sonra zərərçəkmişlər xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili onun ciddi xəsarət aldığını və məsələ ilə bağlı cinayət işinin ciddi nəzarəti altında olduğunu bildirmişdi. Hadisənin irqi zəmində baş verdiyi bildirilir. Kokorin və Mamayevin sürücünü klubların birində sərxoş halda çıxdıqdan sonra döydüyü iddia olunur.

Qeyd edək ki, Aleksandr Kokorin "Zenit”də, Pavel Mamayev isə "Krasnodar”da çıxış edir.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR